Ukrayna Rusiya ilə bağlı 2 vacib qərar verdi

Ukrayna Rusiya ilə bağlı 2 vacib qərar verdi


Ukrayna baş naziri Arseni Yatsenyuk bu gün hökumətin iclası zamanı ölkənin ən iri neft-qaz şirkəti “Naftoqaz”a Rusiyadan qaz alınmasını dayandırmaq barədə göstəriş verib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bundan sonra ölkə Rusiya qazından tam imtina edəcək. Digər qərar Ukraynanın hava məkanının Rusiya üçün qapalı elan olunması ilə bağlıdır. Bundan sonra Rusiya aviaşirkətləri tranzit uçuşlar üçün də Ukrayna ərazisindən keçə bilməyəcək. Rəsmi Moskvanın buna münasibəti yaxın vaxtlarda təqdim olunmalıdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
819 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...