"Türkiyənin addımları cavabsız qalmayacaq" - Rusiya XİN

"Türkiyənin addımları cavabsız qalmayacaq" -


“Moskva bir daha təsdiq edir ki, Suriya üzərində Rusiya təyyarəsini vuran Türkiyə tərəfinin addımları ikitərəfli əlaqələr üçün ciddi nəticələr verəcək və reaksiyasız qalmayacaq”. APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, dünən Kopenhagendə Rusiya xarici işlər nazirinin I müavini Vladimir Titovun Danimarka xarici işlər naziri Kristian Yensenlə görüşü olub, habelə Danimarka XİN-in stats-katibi ilə məsləhətləşmələr aparılıb.

Danışıqlar zamanı Rusiya tərəfi Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyada Rusiyanın Su-24 təyyarəsini vurmasına qiymət verib, Türkiyə tərəfinin addımının düşünülmüş və təxribat xarakterli olduğunu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...