Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır

Rusiya TÜRKSOY-la əməkdaşlığı dayandırır


Rusiyanın “Su24” hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar Rusiya Federasiyası hökuməti Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-la əməkdaşlığı dayandırmaq qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski federasiyanın Altay, Başqırdıstan, Saxa, Tatarıstan, Tuva, Xakasiya respublikalarının hökumətlərinə TÜRKSOY-la əlaqələrin dərhal dayandırılması barədə teleqram göndərib. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, “Su24” insidenti ilə bağlı Türkiyə üzr istəmədiyi üçün Rusiya TÜRKSOY-la razılaşmanı dondurmalıdır.

Qeyd edək ki, Rusiya təşkilata daxil olmasa da, onun tərkibində olan türkdilli respublikalar TÜRKSOY-da müşahidəçi statusuna malikdir. Türkdilli ölkələri birləşdirən TÜRKSOY 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin iştirakı ilə Almatıda yaradılıb. Təşkilatın əsas qayəsi türk xalqlarına məxsus ümumi mədəni irsin gələcək nəsillərə çatdırılmasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...