Rusiya təyyarələri bazarı bombaladı: 40 ölü

Rusiya təyyarələri bazarı bombaladı:


Rusiya aviasiyası Suriyada Bəşər Əsədə müxalif qüvvələrin nəzarətində olan Erih şəhərini bombalayıb. Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində azı 40 nəfər ölüb, 70 adam yaralanıb. Erih şəhərinin mülki müdafiə qərargahından verilən məlumata görə, aviazərbələr nəticəsində şəhərə ciddi maddi ziyan dəyib. Hazırda dağıntılar təmizlənir. Yerli hakimiyyət orqanları qurbanların sayının artacağından ehtiyatlanır. Erih şəhəri Əsədə qarşı çıxan üsyançıların, o cümlədən “ən-Nüsra Cəbhəsi”nin nəzarətindəki İdlib əyalətindədir. İŞİD bu şəhərə nəzarət edə bilmir.

Rusiya təyyarələri bazarı bombaladı:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
896 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...