Türkiyə rusların “S-400”-nə “KORAL”la cavab verəcək

Türkiyə rusların “S-400”-nə


Türkiyə Rusiyanın “S-400” hava hücumundan müdafiə sistemini Suriyaya gətirməsinə sakit yanaşmayıb. AzVision.az xəbər verir ki, Türkiyə bunun qarşılığında ASELSAN şirkətinin istehsal olan “KORAL” adlı havadan müdafiə sistemini Suriya ilə sərhədə gətirərək aktivləşdirib.

“KORAL” hava hücumundan müdafiə sisteminin əhatəsi dairəsi 100 kilometrdir. Belə ki, sistem təhdid yarada biləcək raket, qırıcı və radarların koordinatlarını və istiqamətini dəyişdirməklə yanaşı onun siqnallarını məhv etmək qabiliyyətinə malikdir. Eyni zamanda qarşı tərəfin radarlarının istiqamətini istədiyi yöndə dəyişdirə bilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1056 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...