Hüsnü Mübarək azadlığa buraxıldı

Hüsnü Mübarək azadlığa buraxıldı

Misirin keçmiş prezidenti Hüsnü Mübarək azadlığa buraxılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Misir Penitensiar Xidmətinin rəisi Həsən Suxaqi bildirib: "Baş prokuror keçmiş prezidentin cəza müddətinin başa çatması ilə bağlı bizi məlumatlandırdı. Onun azadlığa çıxamsına səbəb istintaq altında saxlanıldığı vaxtın cəza müddəti kimi hesablanmasıdır".

Qeyd edək ki, mayın 9-da Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin və iki oğlunun korrupsiya ittihamı ilə bağlı işinə yenidən baxaraq, onların 3 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarmışdı. İstintaq materiallarına əsasən, onlar prezident sarayının təmirinə ayrılmış 18 milyon dollara yaxın dövlət əmlakını mənimsəməkdə ittiham olunmuşdu.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...