30 min türkiyəli tələbə Rusiya universitetlərindən çıxarılır

30 min türkiyəli  tələbə Rusiya universitetlərindən çıxarılır


Türkiyə vətəndaşı olan 30 min tələbə Rusiyadan çıxmağa məcbur edilir. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan tələbələr və Rusiyada işləyən təhsil üzrə mütəxəssislər öz ölkələrinin Təhsil Nazirliyi və Ali Təhsil Şurasına göndərdikləri şikayət məktubunda bildiriblər.

Məlumata görə, onlar Rusiyada təhsillə bağlı müxtəlif təzyiqlərlə qarşılaşdıqlarını yazıblar. Universitetlərin rəhbərlikləri Türkiyə vətəndaşları olan tələbələrə məcburi şəkildə “təhsili öz istəyimlə buraxmaq istəyirəm” məzmunlu ərizə yazdırırlar. İnformasiyaya əsasən, türk tələbələrinin yaşadıqları yataqxanalarda polis gecələr itlərlə pasport yoxlaması keçirir. Bəzi universitetlərdə rusiyalı professorlar “türklərə dərs vermirik”- deyərək, dərsləri boykot edirlər.

Rusiyanın Voronej Texnologiya İnstitutunun rəhbərliyi türk tələbələrdən tələb edirlər ki, Rusiyadan gedin. Tələbələrin təhsil haqqını ödəməsinə, oxuduqları ali təhsil müəssisəsinin rəhbərliyi ilə uyğun müqavilə bağlamalarına baxmayaraq, onların vizalarının müddəti uzadılmır. Türkiyə tərəfi tələbələrin təhsil müəssisələrindən müxtəlif bəhanələrlə çıxarılmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərildiyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1017 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...