“Suriyada hərbçilərimizə təhlükə törədən qüvvələr dərhal məhv edilməlidir” PUTİN

“Suriyada hərbçilərimizə təhlükə törədən qüvvələr dərhal məhv edilməlidir”


Rusiya prezidenti Vladimir Putin Suriyada rusiyalı hərbçilərə təhlükə törədən qüvvələri məhv etməyə göstəriş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Kollegiyasının iclasında çıxış edən V. Putin Suriyada sərt addımlar atmağı tapşırıb.


“Rusiyanın hərbi qruplaşmasına yaxud yerüstü infrastrukturumuz üçün təhlükə olan istənilən hədəflər dərhal məhv edilməlidir”, - deyə o vurğulayıb.

V. Putin Suriyada rusiyalı hərbçilərə qarşı təxribatlar planlaşdıranlara xəbərdarlıq edib. “Artıq biz tərəfdən əlavə təhlükəsizlik tədbirləri görülüb. Aviabazamız yeni təyyarələr və hava hücumundan müdafiə sistemləri ilə möhkəmləndirilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...