Xodorkovskiyə merin qətlinin təşkili ittihamı irəli sürülüb

Xodorkovskiyə merin qətlinin təşkili ittihamı irəli sürülüb


YUKOS şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskiyə Nefteyuqansk meri Vladimir Petuxovun qətlinin təşkili ilə bağlı ittiham irəli sürülüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında yer alan xəbərdə deyilir.

Bildirilir ki, M. Xodorkovski yaxın zamanlarda axtarışa veriləcək. İstintaq versiyasına əsasən, mer V. Petuxovun xidməti fəaliyyəti YUKOS şirkətinin maraqları ilə ziddiyyət təşkil edirdi. M. Xodorkovskinin özü isə V. Petuxovun qətli ilə bağlı iddiaları rədd edir. Xatırladaq ki, Nefteyuqansk meri V. Petuxov 1998-ci ilin iyun ayında qətlə yetirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
842 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...