Nəticələr bu gün axşam açıqlanacaq

 Nəticələr bu gün axşam açıqlanacaq

Qəbul imtahanlarının nəticələri axşam saatlarında elan olunacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, 17 may tarixində II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının ntəciələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, TQDK may ayının 17-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 30 binada aparılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.


İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...