"Coca-Cola"Azərbaycanın rəhbəri Türkiyədə dəfn olunacaq

"Coca-Cola"Azərbaycanın rəhbəri Türkiyədə dəfn olunacaq


"Coca-Cola"Azərbaycanın rəhbəri Türkiyədə dəfn olunacaq.

Bunu ANS PRESS-ə Azərbaycan Türkiyə İş Adamları Birliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən "Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-nin Baş Direktoru Cem Becel infarktdan rəhmətə gedib və onun cənazəsi artıq Türkiyəyə göndərilib. Cem Becel Türkiyədə dəfn olunacaq.

Azərbaycan Türkiyə İş Adamları Birliyindən verilən məlumata görə , ATIB İdarə Heyəti Sədrinin müavini, "Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-nin Baş Direktoru Cem Becel daim ATİB-in inkişafı üçün əlindən gələni əsirgəməmiş, ATİB üzvlüyünə gəldiyi ilk gündən ATİB-in perspektivi üçün öz səylərini göstərmişdir.
"Azərbaycan Coca-Cola Bottlers LTD” MMC-nin Baş Direktoru Cem Becel ötən gün vəfat edib.

O , Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən vəziyyəti pisləşib. Həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi. ANS PRESS-in məlumatına görə, Azərbaycandan öncə o Türkiyə və İordaniyada adıçəkilən şirkətin nümayəndəsi kimi çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...