Banklar Mərkəzi Bankın nəzarətindən çıxdı

Banklar Mərkəzi Bankın nəzarətindən çıxdı


Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq.

Adı çəkilən fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının (BOKT) və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti Palataya həvalə olunub.

Başqa sözlə, bu adı çəkilən sahənin Azərbaycan Mərkəzi Bankının nəzarətindən çıxması deməkdir. Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bu addımın olduqca düzgün olduğunu bildirib. Onun fikrincə, Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalıdır: “Bu qurum ölkənin ilk publik hüquqi şəxsidir. Publik hüquqi şəxs bizim üçün yeni və çox lazımlı institutdur. Çünki hazırda dövlətə məxsus olan hüquqi şəxslərin (məktəblərin, xəstəxanaların, kitabxanaların və s.) status problemi var. Onların çoxu yəqin ki, yaxında publik hüquqi şəxslər olacaq”.(fins.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...