“AGBank”la “DəmirBank”ın konsolidasiyası qiymətləndirlidi

“AGBank”la “DəmirBank”ın konsolidasiyası qiymətləndirlidi


"Fitch" beynəlxalq reytinq agentliyi "AGBank" və "DəmirBank"ın reytinqinə yenidən baxıb. "APA-Economics" xəbər verir ki, agentlik "AGBank"ın dayanıqlılıq reytinqini "ccc" səviyyəsindən "f"-ə endirib. Agentlik bunu bankın artıq fəaliyyət göstərə bilməməsi ilə əlaqələndirib. Analitiklərin fikrincə, "AGBank" dayanıqlığını itirib və təcili dəstəyə ehtiyacı var.

“Fitch” “AGBank”ın "DəmirBank"la konsolidasiyasına da münasibət bildirib. Agentlik hesab edir ki, birləşmə baş verərsə və bu prosesdən əvvəl "AGBank"a kapital dəstəyi göstərilərsə, bu zaman bankın uzunmüddətli emitent üzrə defolt reytinqi "CCC" səviyyəsindən yuxarı qalxa bilər. “Konsolidasiya prosesi baş verməzsə və banka kapital dəstəyi göstərilməzsə, biz reytinqi aşağı salmalı olacağıq", - deyə hesabatda bildirilir.


Devalvasiya nəticəsində "DəmirBank"ın kapital mövqeyinin zəifləməsini, aktivlərinin keyfiyyətinin pisləşməsini qeyd edən agentlik ekspertləri bankın "AGBank"la birləşməsinin riskli olduğunu düşünür: "Zəif kapitallı "AGBank"la birləşmə "DəmirBank"ın kredit profilini və reytinqini təzyiq altında qoya bilər".
Hər iki bankın menecmentindən “Fitch” agentliyinə bildirilib ki, konsolidasiya prosesi yalnız səhmdarların və Mərkəzi Bankın zəruri maliyyə dəstəyi nəticəsində baş verə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...