Seyran Səxavətdən Ramiz Mehdiyevə sərt ismarış: “Nizaməddin kimi zülüm çəksin”
“Heyif Nizaməddin Şəmsizadədən. Ölümü çox ağır xəbər oldu mənimçün. Nizaməddin Şəmsizadə Azərbaycanda barmaqla sayılacaq alimlərdən biri idi ki, qatığın rəngini dəqiq bilirdi. Bilməklə də kifayətlənmirdi, deyirdi və dediyi sözün arxasında da dayanırdı. Təxminən 50 il olardı onu tanıyırdım, Qubada kəndlərində də olmuşam, isti münasibətimiz var idi. Ömrünün sonunda yaşadığı günlər Nizaməddinə layiq deyildi, gərək, belə olmayaydı”.
"Gundeminfo" xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib.
S.Səxavət Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin N.Şəmsizadəyə və onun kimi yüzlərlə ziyalıya çox böyük pilsiklər etdiyini bildirib:
“Adını belə dilimə gətirmək istəmədiyim nakəs (Ramiz Mehdiyevi nəzərdə tutur - red.) ona çox böyük pislik elədi. Eynən mənə də pislik etməyə cəhd eləmişdi. Yusif Səmədoğlu olmasaydı, məni lap məhv edərdi.“Ocaq daşı” povestimdə o vaxt Ordubaddan gəlib Füzulidə birinci katib işləyən, əmimlə, atamla dost olan Kazımovun obrazını yaratmışdım. Çox yaxşı kişiydi, Füzulidə yaddaqalan işlər görmüşdü. Qadir Abbasov adlı bir cavan oğlan günlərin birində birinci katibin qəbuluna gedir, deyir ki, “yoldaş Kazımov, poçtda poçtalyon yeri boşdur, rəis məni götürmür, xahiş edirəm tapşırın, məni ora işə götürsünlər”. Birinci katibi də deyir ki, orada yer yoxdur. Qadir Abbasov deyir ki, var. Katib bir də təkrarlayır ki, “a bala, mən bilmirəmmi yer var, yoxsa yoxdur?!” Qadir Abbasov yenə deyir ki, yer var. Birinci katib Qadiri otaqdan çıxarır ki, “zəhmətkeşlərin qəbulunu pozma”. Qadir qapıdan çıxa-çıxda bir addım geri qayıdıb deyir ki, “yoldaş Kazımov, olar sizdən bir söz soruşum? Nətəhər olur, siz Ordubaddan qaça-qaça gəlib bizim rayonda birinci katib işləyə bilirsiz, mən öz rayonumda poçtalyon işləyə bilmirəm?” Qadir bu sözü deyib çıxmaq istəyəndə Kazımov onu geri çağırır, poçtun müdirinə zəng edib tapşırır ki, onu işə götürsün.
Yusif Səmədoğlu
Bunu povestimdə yazmağım guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi. Həmin vaxt “Ulduz” jurnalında şöbə müdiri idim, Yusif Səmədoğlu da baş redaktor. Ramiz Mehdiyev Yusifə zəng eləmişdi ki, “Seyranı qov oradan, onun orada işləməyi məsləhət deyil”. Yusif də Səmədin oğluydu, kişi oğlu kişiydi, məsələnin mahiyyətini öyrənəndən sonra sinəsini qabağa verib məni qorumuşdu, demişdi ki, “Seyran çıxırsa, mən də ərizəmi yazacam”.
Seyran Səxavət sonda Ramiz Mehdiyevə ismarış da göndərib: “Allah mənim Nizaməddin qardaşıma rəhmət eləsin. Nizaməddin kimi, mənim kimi yüzlərlə, minlərlə adama pislik edən, ev yıxan, qan tökən o nakəsə isə uzun ömür versin. Qoy zülüm çəksin, görsün ki, dünyada insanları incitmək elə Allahı incitmək deməkdir”.
Xatırladaq ki, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə bu gün vəfat edib. Uzun illər yüksək şəkərdən əziyyət çəkən professor ötən aydan bəri komada idi.
55 dəfə oxundu