Rusiyanın Cənubi Qafqaza yeni dönüşü: top-tüfənglə...
Ekspertlərə görə, Kreml regionda mövqelərini Ermənistan vasitəsilə bərpa etməyə cəhd göstərəcək
Yeni ABŞ prezidentinin Ukraynadakı vəziyyətin dəyişməsi istiqamətində atdığı addımlardan sonra bəzi ekspertlər özünü qalib hiss edən Rusiyanın Cənubi Qafqazda daha sərt siyasət yürüdə biləcəyini iddia edirlər. Bu barədə açıqlama verən erməni politoloq Aleksandr İsgəndəryan deyib ki, Rusiyanın Cənubi Qafqazda əvvəlki mövqelərini bərpa edəcəyini düşünmür: “Məncə, bu, artıq mümkün deyil. Rusiyanın siyasətində dəyişiklik olacaq, ancaq bu dəyişiklik situativ olacaq, inqilabi yox. Eyni çaya iki dəfə girmək mümkün deyil. Dəyişikliklər olacaq, lakin onlar çox radikal ola bilməz”, - o bildirib.
İsgəndəryanın sözlərinə görə, Ermənistan və Azərbaycan konfiqurasiyasında qayıtmağa artıq heç bir yer yoxdur: “Rusiyanın bu ölkələrə təsir etdiyi alətlər daha mövcud deyil. Dağlıq Qarabağın mövcudluğu Ermənistanla Azərbaycan arasında belə bir alət idi: Rusiyanın Ermənistana təsir etməsi üçün Azərbaycan, Azərbaycana təsir etmək üçün Ermənistan lazım idi. Arada isə bu vəziyyəti yaradan Qarabağ idi. Bütün bunlar hazırda yoxdur. Ona görə də Rusiyanın geridönüşünü təsəvvür etmək çətindir”.
Bəs Azərbaycan ekspertləri Rusiyanın qayıdış planını necə təsəvvür edirlər?
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, Rusiya Cənubi Qafqazdan getməyib: “Azərbaycan öz ağıllı, uzaqgörən hərbi-siyasi gedişləri ilə bu bölgədə kök salmış tarixi bir yaranı - erməni separatizminin kökünü birdəfəlik kəssə də, Rusiya hələ də Cənubi Qafqaz siyasətində bu kartın hər hansı bir formada yenidən öz əlinə qaytarılmasını düşünür və bundan vaz keçməyib. Biz bunu bir an belə unutmamalıyıq. Bu istəyi reallaşdırmaq şansı bu gün nə qədər imkansız görünsə də, Rusiya yenə də Ermənistanda Paşinyan hakimiyyətini devirib, onun yerinə Köçəryan kimi canişinləri gətirmək planını reallaşdırmağa çalışır. Rusiyanın dostu yoxdur desək, bu azdır, Rusiyanın normal müttəfiqi belə yoxdur. Çünki tarix boyu bu dövlətin xarici siyasətinin divarları çirkabla hörülüb. Kimsə deyə bilər ki, böyük siyasətdə dost olmur, böyük maraqlar olur. Bunu biz də dəfələrlə demişik. Lakin böyük siyasətdə dost olmasa da heç olmasa strateji müttəfiq kimi seçdiyin dövlətə münasibətdə bu müttəfiqliyin oyun qaydalarına riayət etməyə borclu olmalısan. Rusiyada bu da yoxdur. AZAL-ın təyyarəsini vuran Rusiya Cənubi Qafqazda bu gün ona ən etibarlı tərəfdaş hesab edilən Azərbaycan kimi səmimi bir müttəfiqini saymazdan gəldi. Etdiyi qələtə görə üzr istəmək yerinə, bizi aşağılamağa qalxdı. Bunun adı siyasi tərbiyəsizlikdir. Bir sözlə, qaydasız döyüşdə belə müəyyən qaydalara əməl edilsə də, Rusiya xarici siyasətində heç bir qayda olmur - lazım bildikləri an dost, müttəfiq adlandırdıqları dövlətləri də uf demədən qurşaqdan aşağı vura bilirlər. Bu səbəbdən Azərbaycan olaraq biz rusların Cənubi Qafqazda bundan sonrakı iştirakını yalnız iqtisadi əməkdaşlıq müstəvisində görə bilərik. Bu sırada qarşılıqlı investisiyalar, birgə kommunikasiya layihələri, azad iqtisadi zonalar və s. kimi alətlərdən istifadə oluna bilər. Ümumiyyətlə, Cənubi Qafqaz dövlətləri Rusiya hərbisinin regiondan çıxıb getməsinə çalışmalı və düşünülmüş uzaqgörən bir siyasətlə gec-tez buna tam nail olmalıdır. Cənubi Qafqazın hər üç dövləti zamanla gerçəkdən bir araya gəlib xalqlarımızın güvəndiyi Qafqaz evini yaratmağı bacarmalıdır. İnanıram ki, zamanla bu baş verəcək. Bunun baş verməsinə böyük dəstək isə ABŞ-ın Cənubi Qafqaz siyasəti olacaq”.
Rəşad Bayramov: “Rusiya narahatdır ki, Azərbaycanla Türkiyə arasında hərbi-siyasi müttəfiqlik sazişi imzalana bilər” » Ovqat.com
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Azərbaycanın Amerika üçün önəmini bir daha önə çəkdi: “Həqiqətən də indiyə qədər Ukrayna bataqlığında ilişib qalmış Rusiyanın bu münaqişənin bitməsindən sonra digər regionlar üzərində fokuslaşacağı kifayət qədər realdır. Müharibə səbəbilə ayrı-ayrı bölgələrdəki maraqlarını kifayət qədər müdafiə edə bilməyən, nəticədə Yaxın Şərqdə, Cənubi Qafqazda və bir sıra digər regionlarda oyundankənar vəziyyətə salınmış Rusiya Ukrayna ilə müharibə bitəcəyi halda yenidən öz nüfuzunu bərpa etməyə çalışacaq.
Rusiya Cənubi Qafqazda mövqelərini bərpa etməyə cəhd göstərəcəksə, bunu təbii ki, Ermənistan vasitəsilə etmək istəyəcək. Ermənistanın Rusiyadan maksimum şəkildə asılılığı, hərbi bazasının olması, Ermənistan ərazisində Rusiyanın "beşinci kolon"unun daha aktiv olması Ermənistanda mövqeləri möhkəmləndirmək üçün hərəkətə keçməyə imkan verir. Bununla bağlı artıq nəbz yoxlaması da aparılır demək olar. Putinin Paşinyanla telefon danışığında Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı məsələyə Rusiyanın seyrçi yanaşmayacağını və bunun mütləq şəkildə nəticələri olacaq deməsi Ermənistan ərazisində "beşinci kolon"u hərəkətə keçirib. Köçəryanın aktivləşməsi, Levon Ter Petrosyanla aparılan danışıqlar bunun əyani göstəricisidir. Ermənistanda revanşist hisslərin baş qaldırması fonunda ictimai rəyi öz tərəfinə çəkmək üçün artıq bir neçə həftədir ki, Rusiyada ayrı-ayrı deputatlar, ekspertlər və medai qurumları vasitəsilə Azərbaycan əleyhinə kampaniya aparılmasına ümumi planın tərkib hissəsi kimi baxmaq olar. Hazırda Rusiyada çox aktiv şəkildə Qarabağ ermənilərinin təhlükəsizliyi və ərazilərimizə qayıdışının təmin edilməsinin vacibliyi ilə bağlı məsələ gündəmə gətirilir. Bu, əslində bir tərəfdən Ermənistan ictimai rəyində Rusiyanın mövqelərini bərpa etməyə, digər tərəfdən isə bizə təzyiq etməyə yönəlik mesaj kimi qəbul oluna bilər.
Amma məsələ burasındadır ki, Rusiyanın əvvəllər olduğu kimi, Cənubi Qafqazda söz sahibinə çevrilməsi elə də asan məsələ deyil. Hətta iqtisadi cəhətdən tamamilə Rusiyadan asılı olan Ermənistanda belə mövqeləri bərpa etmək elə də asan olmayacaq. Ermənistanda artıq ABŞ və Avropa İttifaqı timsalında yeni oyunçular var. Ən əsası Cənubi Qafqazda artıq bir Türkiyə faktoru var. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi var və təbii ki, Azərbaycana hər hansı təzyiq Türkiyəni də qarşısına almaq demək olar. Rusiyanın bunu gözə alacağı inandırıcı deyil. İkinci bir tərəfdən, Cənubi Qafqaz ABŞ üçün həm İran, həm də Çinlə bağlı siyasət baxımından açar regiondur. Azərbaycan və Ermənistanın İranla sərhəddə yerləşməsi, Mərkəzi Asiya regionunun Çinin təsir dairəsindən uzaqlaşması üçün Cənubi Qafqaz üzərindən Avropaya çxış imkanı əldə etməsi perspektivi bölgəmizi ABŞ üçün olduqca əhəmiyyətli edir. İndi Ukrayna ilə bağlı məsələdə Rusiyaya hansısa güzəştlərə getsə belə, ABŞ öz maraqlarını Cənubi Qafqazda güzəştə getməyəcək. Bütün bunları təbii ki, Rusiya özü də kifayət qədər yaxşı bilir. Ona görə də indiki mərhələdə ən azından 3+3 formatı çərçivəsində hansısa təsir imkanları əldə etməyə çalışır”.
86 dəfə oxundu