“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib - FOTOLAR

“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib -
“Zeyd” restoranı səkinin əsas hissəsini zəbt edib.

Gundem.info.az Musavat.com-a istinadən xəbər verir ki, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranı piyadalar üçün nəzərə tutulan səkinin böyük
hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.
Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.
Sakinlər bildirir ki, səkini zəbt edən restoran çöldəki fəaliyyətini əsasən isti aylarda bərpa edirmiş. İndi isə əlavə şüşə arakəsmələr gətirilib və restoranın səkidə olan qanunsuz hissəsində əlavə işlər görülür ki, indi də fəaliyyət göstərə bilsinlər.
“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib -
“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib -
“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...