Problemli kreditlərin həcmi durmadan artır - artıq 1.5 milyardı keçib

Problemli kreditlərin həcmi durmadan artır -


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 508 milyon 500 min manata çatıb.

GUNDEMİNFO.AZ transparency.az-a istinadən bildirir ki, Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir. Hesabat 2015-ci ilin sonuna olan vəziyyəti əhatə edir. 2014-cü ildə vaxtı keçmiş kreditlərin məbləği 976 milyon 300 min manat idi. 2015-ci ildə məbləğ 532 milyon 200 min manat artıb.

2015-ci ildəki problemli kreditlərin 840 milyon 200 min manatı milli valyutada olan kreditlərdir. Xarici valyutada olan kreditlərə gəlincə, bu sahədə vaxtı keçmiş kreditlər 2014-cü illə müqayisədə 208 milyon 800 min manatdan 668 milyon 300 min manata yüksəlib.

2015-ci ilin yanvar ayında xarici valyutada olan kreditlərin 204 milyon 400 min manatı vaxtı keçmiş kreditlər olub. Devalvasiyanın başlandığı fevral ayında bu rəqəm 314 milyon 500 min manata qalxıb, yüksələn xətt üzrə gedib, oktyabr və noyabr aylarında düşmə qeydə alınıb, ilin sonunda isə kəskin çoxalma baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...