Roma papası sentyabrda Azərbaycana səfər etmək niyyətindədir

Roma papası sentyabrda Azərbaycana səfər etmək niyyətindədir


Roma papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir. APA-nın verdiyi xəbərə görə, bu barədə “TASS”a Papa administrasiyasındakı məlumatlı mənbə məlumat verib.

İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb.

Politoloqlar Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər. Qeyd edək ki, ötən il geri çağırılan Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb.

Xatırladaq ki, ötən il qondarma “erməni soyqırımı” ilə əlaqədar Roma papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin keçirib. Buna cavab olaraq Ankara Vatikandakı səfirini geri çağırmışdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
796 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...