Şəhid atası baxça müdiri Sevinc Mikayılovanı ifşa etdi: Uşaqların ərzaqları oğurlanır….

Şəhid atası baxça müdiri Sevinc Mikayılovanı ifşa etdi:
Antiterror əməliyyatlarında şəhid olmuş Əzizbəy Muradovun atası Etibar Muradov Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılovanın əməlləri ifaş edib.

Xalq-ın məlumatına görə, şəhid atası çıxışında bildirir ki, Sabirabad rayonu Ulucalı kənd uşaq baxçasının müdiri Sevinc Mikayılova işçilərin maaşlarınıkəsir,uşaqlara gələn ərzaq paylarını mənimsəyir.

Məsələ il bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə şikayət olunsada heç bir tədbir görülmür. Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili bu məsələyə biganə yanaşır və Sevinc Mikayılova haqqında şikayətlərə əhəmiyyət vermir.

Görəsən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili hansı razılıq əsasında Sevinc Mikayılova fəaliyyətini davam etdirə bilir?
Şəhid atası baxça müdiri Sevinc Mikayılovanı ifşa etdi:

Bu məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.

Yazıda adları keçənlərin fikirlərini dərc etməyə hazırırq.

Həmin çıxışı təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...