"EuroHome" da "Abşeron"a köçürülür - EKSKÜLİZİV

"EuroHome" da "Abşeron"a köçürülür -

Bir müddət əvvəl Dənəgüldə yerləşən tikinti materialları bazarı sökülməyə başladı. Bir müddət sonra məlum oldu ki, bazar sökülərək Qaradağ rayonunda yerləşən "Abşeron" Ticarət Mərkəzinə köçürülür.
"Abşeron"dan veriləən açıqlamada bildirilirdi ki, ticarət mərkəzi ərazisində 200 hektara yaxın yeni ərazi ayrılaraq tiokinti materialları bazarına verilib.

Gundeminfo.az-a daxil olan məlumata əsasən yaxın günlərdə daha bir böyük tikinti materialları bazarının da söküləməsinə başlanacaq. Məlumata əsasən Xırdalan dairəsi yaxınlığında yerləşən "Eurohome" Ticarət Məkərkəzi də sökülərək "Abşeron"a kğçürüləcək.

Məlumata əsasən ticarət mərkəzinin ərazisi isə yol qovşağı olaraq istifadə ediləcək. Bildirilir ki, Bakı istiqamətindən hərəkətdə olan nəqliyyat vasitələrinin Dövlət Yol Polisi istiqamətində hərəkətini maneəsiz davam etdirmək üçün "EuroHome"ın ərazisindən geniş dairə və yol qovşağı inşa ediləcək. Həmin ərazidən keçən dəmiryolxəttinin altından keçid inşa olunmaqla sürücülər hərəkəti Binəqədi istiqamətində daha rahat davam etdirə biləcəklər.

Gundeminfo.az-a daxil olan məlumata əsasən söküntü işlərinin yubanmasına səbəb "Eurohome"da sahibkarlarla ticarət mərkəzinin sahibi arasında uzun müddətdir davam edən konpensasiya mübahisəsidir.

Ticarət Mərkəzinin sahibi Azay Möhnətov bir müddət əvvəl yanğından ziyan görmüş sahibkarlara konpensasiya ödməkdən boyun qaçırır. Məhz Azay Möhnətovun konpensdasiya ödəməkdən boyun qaçırması narazılıqları da artırır. Hazırda söküntüyə başlanacağı təqdirdə orada işləyən sahibkarların konpensasiya ilə təmin edilməsi müzakirə olunmaqdadır.

Buna baxmayaraq yaxın aylarda "EuroHome"un köçürülməsi reallaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
78 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...