Moskvada Qarabağ xalçaları satılmasına reaksiya

Moskvada Qarabağ xalçaları satılmasına


Rusiya paytaxtında Azərbaycana məxsus Qarabağ xalçalarının satıldığı və Ermənistan pavilyon-mağazası haqqında məlumatımız yoxdur. Bu sözləri modern.az-a açıqlamasında Ümumrusiya azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev deyib. O qeyd edib ki, Moskva böyük şəhərdir və demək olar ki, hər gün belə provakasiyalı işlərlə rastlaşmaq olar. "Bu gün bizdə həmin pavilyon-mağaza haqqında məlumat yoxdur. Əgər bu davam edərsə, özüm və ya başqa əməkdaşımız ora baş çəkəcək, bununla bağlı fikrimizi, mövqeyimizi bildirəcəyik".

İ.Hacıyev bildirib ki, bu yaxınlarda onlar mağazalarda Qarabağ adı altında satılan cem məhsullarının yığışdırılmasına nail olublar. "Qarabağla bağlı cemlər mağazalarda satışa çıxarılmışdı. Biz ona etiraz bildirərək yığışdırdıq. Lakin bu işlər davamlı şəkildə aparılır. Biz belə hallarla rastlaşanda qarşısını almağa çalışırıq. Bu isə hər zaman effekt vermir, nəticə əldə edə bilmirik. Biz bu gün bu pavilyonla da maraqlanacağıq və fikirlərimizi bildirəcəyik".

Qeyd edək ki, Rusiya paytaxtında Dağlıq Qarabağda istehsal olunan məhsulların satıldığı pavilyon-mağaza işə başlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, mağaza dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Ermənistan pavilyonunda açılıb. "Qarabağ karpet" şirkətinin direktoru Sevak Xaçatryan işğal olunmuş ərazilərdə toxunmuş xalçalarla yanaşı, mağazada "Arçaxberi", "Arçaxfrut", "Elit", "Kataro" və s. Qarabağ şirkətlərtinin ərzaq məhsullarının da satılacağını deyib.

Qarabağda istehsal olunmuş məhsulları satacaq pavilyon-mağazanın açılışına separatçı rejimin nümayəndələri, Ermənistanın Rusiyadakı səfiri və bəzi ermənipərəts rus siyasətçiləri qatılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...