Moskvada "terrorçu pişik" axtarışdadır: heyvana bomba bərkidilib

Moskvada "terrorçu pişik" axtarışdadır: heyvana bomba bərkidilib


FaktXəbər-in verdiyi məlumata görə, Moskvada üzərinə partlayıcı bərkidilmiş pişik axtarılır.

Hazırda polis tunellərdə axtarış aparır. Ev heyvanına partlayıcı bərkitdiyini, bundan sonra pişiyin qaçdıını xəbər verən ev sahibi onu sonuncu dəfə "Ulitsa 1905 qoda" metro stansiyasının yaxınlığında gördüyünü deyir.

"Operativ xidmətə bir kişi zəng edərək pişiyinə plastid bərkitdiyini və gəzməyə buraxdığını deyib. O, heyvanın harada olduğunu bilmədiyini deyib və onu tapmağa yardımçı olmalarını istəyib", - deyfə hüquqmühafizəçilər bildirib.

Polislər kişinin zarafatcıl, yaxud da psixi cəhətdən qeyri-sağlam biri olduğunu düşünür. Bununla belə, onlar bütün informasiyaları yoxlamaq məcburiyyətində olduqlarını deyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...