Uşaq əmziklərindən xərçəng təhlükəsi

Uşaq əmziklərindən xərçəng təhlükəsi


Ümumdünya Səhiyyə Təşkilatı xərçəngə səbəb ola biləcək mallarla bağlı xəbərdarlıq edib

Təşkilatın yaydığı açıqlamada körpələr üçün əmziklərin, bir çox plastik qabların tərkibində kimyəvi qatqılar aşkarlandığı, bu maddələrin isə xərçəngə səbəb olma ehtimalı barədə məlumat yer alıb.

Ümumdünya Səhiyyə Təşkilatı mətbəxdə istifadə edilən kauçuk-rezin malların sağlamlıq üçün təhlükəsindən yazıb. ÜST hesab edir ki, kauçuk-rezin malların hazırlanmasında istifadə olunan MBT adlı maddənin tərkibinə qatılan civə, arsen ve digər zərərli maddələr xərçəng törədə bilər.

Avtomobil təkərlərinin hazlrlanmasında istifadə edilən MBT adlı maddə uşaqların oynadığı yumşaq oyuncaqlarda da aşkarlanıb. “Fransada 8 ölkədən 24 mütəxəssisin iştirakı ilə keçirilən tədbirdə allergiyaya səbəb olan MBT adlı kimyəvi maddənin xərçəng yaradan maddələr siyahısına salınması məsələsinə də baxılıb. Yaxın günlərdə xərçəng yaradan maddələrin suyahısının açıqlanacağı bildirilib.(virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...