"Azəryolservis" Nəqliyyat Nazirliyindən icazə almalı olacaq

"Azəryolservis" Nəqliyyat Nazirliyindən icazə almalı olacaq


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizamnaməyə əlavə edilmiş yarımbəndlərə əsasən, İdarə Heyəti Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Nəqliyyat Nazirliyinə müraciət edir.

Aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərari isə İdarə Heyəti qəbul edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...