Ağdaşda avtomobil hasara çırpılıb, bir ailənin iki üzvü ölüb, biri ağır xəsarət alıb

Ağdaşda avtomobil hasara çırpılıb, bir ailənin iki üzvü ölüb,


Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların bir ailənin üzvü olduğu məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayonu Ziring kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Nail Nadir oğlu idarə etdiyi 10-BX-366 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb və aşıb.

Nəticədə avtomobilin sürücüsü Nail Məmmədov və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Şəfiqə Eldar qızı hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Maya Allahyar qızı ağır bədən xəsarətləri alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...