Ankarada terror törədən qız jurnalist imiş - Dosye

Ankarada terror törədən qız jurnalist imiş -


Ankarada terroru törədən tələbə qız Səhər Çağla Dəmir jurnalist işləyirmiş. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Cumhuriyet” qəzetinin əməkdaşı olub. Terrorçu qız 1992-ci ildə Qars şəhərində anadan olub. O, Balıkəsir Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alıb. 2013-cü ildə ailəsi onun itkin düşməsi barədə polisə müraciət edib və araşdırma zamanı məlum olub ki, Səhər Çağla Dəmir PKK silahlılarına qoşularaq dağa çıxıb. Bir müddət sonra Balıkəsirə qayıdan tələbə qız saxlanılıb və haqqında cinayət işi başlanıb.

Onunla birgə 4 tələbə yoldaşı da məhkəmə qarşısına çıxarılıb. Qeyd edək ki, ötən gün Ankarada baş verən terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...