FES uçot dərəcəsini dəyişməyib, dollar sürətlə ucuzlaşır

FES uçot dərəcəsini dəyişməyib,


ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iki günlük iclasına yekun vurulub.

"APA-Economics"in xəbərinə görə, iclasın yekunlarına dair protokolda qeyd edilib ki, FES uçot dərəcəsini dəyişməyərək 0,25-0,50% diapazonunda saxlayıb. ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib. Qeyd edək ki, bu qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq, neft bahalaşır.

Bakı vaxtı ilə 22:30-da FES-in rəhbəri Canet Yellenin mətbuat konfransı baş tutacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...