"Real" ulduzlarını satır

"Real" ulduzlarını satır


"Kral Klubu" bu futbolçuların satışından əldə olunacaq gəliri yeni transferlərə sərf edəcək.Madridin "Real" klubu iki ulduzunu satır. ANS PRESS-in məlumatına görə, klub rəhbərliyi Ceyms Rodrigeslə İskonu yola salmaq niyyətindədi. Yayda heyətinə yeni futbolçular cəlb etmək niyyətində olan "Kral Klubu" bu futbolçuların satışından əldə olunacaq gəliri yeni transferlərə sərf etmək niyyətindədi.
"Real" ulduzlarını satır

24 yaşlı kolumbiyalı futbolçu 22 rəsmi oyuna 6 qol vurub. Bu məqsədlə klub rəsmiləri artıq indidən işə başlayıb. Komandaya transfer olunacaq futbolçular arasında bir neçə məşhur futbolçunun adı yer alır. Klub rəsmiləri komandaya cəlb olunacaq yeni futbolçuları baş məşqçi Zinəddin Zidanın razılığı əsasında həyata keçirəcək. Ceyms Rodrigeslə İsko Zinəddin Zidanın gələcək planlarına daxil deyil. Fransala mütəxəssis hər iki futbolçunun göstərdiyi oyundan narazıdır.

Qeyd edək ki, "Real" Ceyms Rodrigesi 2014-cü ildə "Monako"dan 80 milyon avroya transfer edib. 24 yaşlı kolumbiyalı futbolçu 22 rəsmi oyuna çıxıb və 6 qol vurub.
İsko isə 2013-cü ildə "Malaqa"dan "Real"a keçib. "Kral Klubu" onun transferinə 30 milyon avro xərcləyib. 23 yaşlı ispan futbolçu cari mövsümdə 32 rəsmi oyuna çıxaraq 4 dəfə fərqlənib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...