Elmar Məmmədyarov: “Heç kim bilmir sabah nələr olacaq”

Elmar Məmmədyarov: “Heç kim bilmir sabah nələr olacaq”

Aİ ilə assosiativ saziş Bakını qane etmir, belə ki, ölkə Ümumdünya Ticarət Assosiasiyasının üzvü deyil. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Bakı Brüssel ilə strateji münasibətlər quracaq. “Strategiya Aİ ilə strateji tərəfdaşlığın qurulmasından ibarətdir”, - XİN rəhbəri bildirib, lakin bu strategiyanın nədən ibarət olduğunu açıqlamayıb.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmasının mümkünlüyü barədə sualın cavabında nazir deyib ki, Bakı ilə AİB arasında əməkdaşlığı istisna etmir, lakin bu, Ermənistanla münaqişə nizamlandıqdan sonra mümkündür.

“Heç vaxt demə heç vaxt. Bütün variantları diqqətdə saxlamaq lazmdır”, - o vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın indiki administrasiyası öz xarici siyasi doktrinasına ölkənin milli maraqlarından çıxış edərək baxır.

Gömrük İttifaqı AİB ilə bağlı çox böyük rol oynayır. “Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi bizim Gömrük İttifaqında əməkdaşlığa imkan vermir. Əgər Ermənistan öz qoşunlarını çıxarsa, sərhədlər açılsa, vəziyyət normallaşsa, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr olsa, kim bilir sabah nələr ola bilər”, - O vurğulayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...