“Avropa Oyunları Azərbaycana sülh gətirəcək”

“Avropa Oyunları Azərbaycana sülh gətirəcək”

Biryukov: “Avropa Oyunları kimi genişmiqyaslı hadisə, şübhəsiz ki, sülhün burada daha da möhkəmlənməsinə xidmət edəcək”
Bunu Axar.az-a açıqlamasında rusiyalı politoloq Sergey Biryukov söyləyib. Onun sözlərinə görə, Avropa Oyunları Qafqazda xalqların yaxınlaşmasına yardım edəcək: “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Avropa vektorunun Azərbaycanın xarici siyasətinin bir hissəsi olduğunu təsdiq edir. Bu, eyni zamanda ölkənin modernləşməsi deməkdir. Bu oyunların dinamik inkişaf edən meqapolisdə, müxtəlif milli mədəniyyətlərin unikal xarakterizə olunduğu şəhərdə keçirilməsi diqqətəlayiqdir. Ölkənin öncəki tarixində dramatik anların yaşanmasına baxmayaraq, burada müxtəlif mədəniyyətlər itməyib. Onlar hazırki gündə də Azərbaycan və Bakının inkişafına güclü təkan verir.

Azərbaycan üçün Avropa Oyunları kimi genişmiqyaslı hadisə, şübhəsiz ki, sülhün burada daha da möhkəmlənməsinə xidmət edəcək. Bu oyunlar həmçinin Cənubi Qafqazda tolerantlığın artmasını, xalqların və mədəniyyətlərin bir-birilə daha da yaxınlaşmasını təmin edəcək”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...