Lisenziyası ləğv olunan bankların nə qədər vergi borcu var? rəsmi açıqlama

Lisenziyası ləğv olunan bankların nə qədər vergi borcu var?


Azərbaycanda lisenziyası ləğv olunan banklardan üçünün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Vergilər Nazirliyindən bildirilib. Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən “Evrobank” ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var.

2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən “United Credit Bank” ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir. Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə “Texnikabank” ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.

Qeyd edək ki, “Atrabank” ASC-nin, “Azərbaycan Kredit Bankı” ASC-nin, “Gəncəbank” ASC-nin Mərkəzi Bank tərəfindən lisenziyalarının ləğv edildiyi tarixə vergi borcları olmayıb. “Bank of Azerbaijan” və “Qafqaz İnkişaf bankı” ASC-lərin lisenziyalarının ləğv edildiyi tarixə olan vergi borclarının dövlət büdcəsinə ödənilməsi təmin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...