Ərdoğanın koalisiya şərtləri açıqlandı - Yeni plan dövriyyəyə girdi

Ərdoğanın koalisiya şərtləri açıqlandı -

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə baş nazir Əhməd Davudoğlunun görüşündən sonra yeni hökumətin necə olacağı hamıda maraq oyadıb. Avropa.info xəbər verir ki, prezident Ərdoğanın "hər kəs məsuliyyətini dərk etməlidir" mesajından sonra partiyaların necə addım atacağı sual altındadır. "Milliyet" qəzetinin yaydığı xəbərə görə həm Ədalət və İnkişaf Partiyasının (AK Partiya) iclasında, həm də prezident iqamətgahında keçirilən görüşlərdə qəbul olunan qərarda partiyaların şərtsiz gələcəyi təqdirdə koalisiya hökuməti qurulacağı bildirilir.

Prezident Ərdoğanın səlahiyyətlərinin artırılması da AK Partiyanın və prezident sarayının prioritet məsələlərindəndir.

Xəbərdə həmçinin Ərdoğanın ölkədəki sabitliyin pozulmaması üçün tez bir zamanda əvvəlcə yeni hökumətin formalaşdırılmasını istədiyi bildirilir. Amma yeni hökumətin necə olacağı isə hələ ki, partiyaların atacağı addımdan asılıdır.

AK Partiyanın aparacağı qeyri-rəsmi görüşlər zamanı partiyaların ümumi görüşü qeydə alınacaq. Bu görüşlərdə əvvəlcə AK Partiyanın "Bizim tərəfimizdən prioritet Türkiyənin hökumətsiz qalmaması, əldə etdiyimiz şeylərin itirilməməsi, heç bir partiyanın şərtlərlə gəlməməsi, Türkiyəni daha da gücləndirmək üçün hər kəsin məsuliyyəti dərk etməsidir" mesajı partiyalara çatdırılacaq. Bu görüşlər zamanı azlıq hökumətinə qarşı partiyaların fikri də öyrəniləcək.

Keçirilən iclaslar zamanı AK Partiyanın koalisiya hökuməti qura biləcəyi birinci partiya kimi MPH göstərilir. Ancaq MHP lideri Devlət Baxçalının seçki gecəsi müxalifətdə qalacaqlarına dair mesajı da hələ ki qüvvəsini qoruyur.

Prezident sarayına yaxın bəzi siyasətçilər isə AK Partiyanın koalisiya hökuməti qurmağa yanaşmadığını irəli sürürlər. Buna səbəb kimi müxalifətin AK Partiya ilə hökumət qurmaq üçün bir çox şərtlər irəli sürdükləri göstərilir.

AK Partiya daxilində bu fikirləri səsləndirən lər də kifayət qədər çoxdur: "Qoyun MHP-CHP-HDP hökumət qurmağa çalışsın. Onların hökumət qura bilməyəcəyini görən xalq yenidən hökumət qurmağı AK Partiyaya həvalə edəcək. Biz də öz növbəmizdə bunun mümkün olmayacağını göstərsək və “bizə yenidən tək başına hökumət qura biləcəyimiz gücü verin biz də hökuməti quraq” deyərək növbədənkənar seçki keçirək. Xalq sabitlik üçün yenidən bizə tək başımıza hökumət qura biləcəyimiz gücü verəcək".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...