Prezident Administrasiyası mətbuat konfransının vaxtını dəyişdi

Prezident Administrasiyası mətbuat konfransının vaxtını dəyişdi

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin sabah saat 12:00-da keçirilməsi nəzərdə tutulan birgə mətbuat konfransının vaxtı dəyişdirilib.

Prezident Administrasiyasından bildirilib ki, tədbir sabah saat 16:00-da “Four Seasons” otelinin “Segah” zalında olacaq.

Tədbirin vaxtının dəyişdirilməsi həmin gün eyni vaxtda l Avropa Oyunları Əməliyyat Komitəsinin Azərbaycana gəlmiş xarici jurnalistlər üçün mətbuat konfransı təyin etməsi ilə əlaqədardır.

Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin mətbuat konfransı yerli və l Avropa Oyunlarını işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlərin çoxsaylı müraciətlərinə əsasən təşkil olunur. Mətbuat konfransında Azərbaycanın daxili və xarici siyasəti, ictimai-siyasi həyatı, habelə l Avropa Oyunlarına hazırlıq mərhələsi, idman yarışlarının təşkili və digər məsələlərlə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...