Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-dakı erməni təşkilatı dayanır

Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-dakı erməni təşkilatı dayanır

Bakıda keçiriləcək Avropa Oyunlarının boykot edilməsi çağırışlarının arxasında ABŞ-da fəaliyyət göstərən erməni təşkilatı dayanır.

APA-nın məlumatına görə, Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan özünün “Twitter” səhifəsində bu barədə çağırışla çıxış edib. O, Avropa Oyunlarını boykot etməyə çağırıb. Xatırladaq ki, Avropa Oyunlarında 18 Ermənistan idmançısı iştirak edəcək. ANCA Amerikada fəaliyyət göstərən ən böyük və ən radikal erməni təşkilatıdır. Uzun illər ərzində erməni terror təşkilatı ASALA-nın maliyyə və ideologiya mənbəyi rolunda çıxış edib. Bu qurumun adı dəfələrlə ABŞ-da çirkli pulların yuyulması, şantaj və müxtəlif konqresmenlərin ələ alınması qalmaqallarında çəkilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1078 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...