Akar 9 dəqiqədə 38 dəfə “sağ olun” dedi – VİDEO

Akar 9 dəqiqədə 38 dəfə “sağ olun” dedi –


Dünən İstanbulun Yeniqapı meydanında baş tutan mitinqdə çıxış edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ona dəstək verən kütləyə dəfələrlə təşəkkür edib.

Axar.az xəbər verir ki, Akar 9 dəqiqəlik nitqində 38 dəfə “sağ olun” deyib:

“15 iyul axşam saatlarında Türkiyə Silahlı Qüvvələrində yuva salmış qanunsuz təşkilat mənsublarının, terrorçu xainlərin çevriliş cəhdi xalqımızın peyğəmbər ocağı adlandırdığı Türkiyə Silahlı Qüvvələrinin vətənini, millətini, bayrağını sevən mənsubları ilə heç bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar 15 iyul qiyamında xuntaçıları tərəfindən girov götürülmüş, sonradan xüsusi əməliyyat nəticəsində azad edilmişdi.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...