Lənkəranskinin cənazəsi Lənkərana gətirilir - Aeroportdan foto

Lənkəranskinin cənazəsi Lənkərana gətirilir -


Türkiyədə baş vermiş silahlı hücumdan sonra xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyevin (Lənkəranski) cənazəsi Lənkərana gətirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun nəşini daşıyan özəl təyyarənin yaxın dəqiqələrdə Lənkəran aeroportuna enəcəyi gözlənilir.

Hazırda aeroportda böyük izdiham müşahidə olunur. Belə ki, onun xeyli sayda qohumu və həmyerlisi Lənkəranskinin nəşini qarşılamaq üçün hava limanına toplaşıb.

Rövşən Canıyevin sabah Lənkəranda dəfn olunacağı gözlənilir. Artıq dünyanın bir neçə ölkəsində, əsasən də Rusiyada yaşayan həmyerlilərimiz dəfn mərasimində iştirak etmək üçün bu şəhərə gəlmək üçün bilet alıblar. Eyni zamanda, oğru dünyasına yaxın nüfuzlu insanların da dəfnlə bağlı Azərbaycana gəlməkdə olduğu haqda məlumatlar var.


Lənkəranskinin cənazəsi Lənkərana gətirilir -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...