Türk ordusu Əl Babın 17 kilometrliyinə çatdı

Türk ordusu Əl Babın 17 kilometrliyinə çatdı


Türkiyənin dəstəyi ilə 24 avqustda başlanan “Fərat qalxanı” əməliyyatı davam edir. Azez-Cerablus xəttini İŞİD-dən tamamilə təmizləyən Azad Suriya Ordusu (ASO) Əl Bab bölgəsinə doğru irəliləyir.

Axar.az xəbər verir ki, bölgədə yerləşən Axtarin, Daşlıhöyük və Havahöyük kəndlərini azad edən müxalif birləşmələr Əl Babın 17 kilometrliyinə çatıb.

Yerli qaynaqların məlumatına görə, terror təşkilatı açıq döyüşə girməkdən çəkinir. Terrorçuların kamikadzelər və snayperlər vasitəsi ilə müdafiə xətti quracağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
666 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...