Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında FOTOLAR

Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında
İyunun 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajında tanınmış memar Zaha Hadidin retrospektiv sərgisi açılıb.

AZƏRTAC bildirir ki, müəllifin layihəsi əsasında inşa olunmuş Bakıdakı Heydər Əliyev Mərkəzinin maketi də ekspozisiyada nümayiş etdirilir.

Dövlət Ermitajı və Zaha Hadid Studiyasının birgə təşkil etdiyi sərgidə ümumilikdə 300-dək maket, çertyoj, heykəl və dizayn obyektləri təqdim olunur. Ekspozisiyada Zaha Hadidin 1980-ci illərdəki eksperimental eskizləri, ilk reallaşdırılan və uğur gətirən layihələri və təbii ki, son illərdəki işləri nümayiş etdirilir. Sərgidə Heydər Əliyev Mərkəzi ilə yanaşı, memarın layihəsi əsasında inşa olunmuş Çinin Quançjou operası, Romanın XXI əsr Milli İncəsənət Muzeyi (MAXXI), Londonun su idman növləri mərkəzi və digər tikililərin maketləri yer alıb.

Qış sarayının “Nikolay” zalında açılmış sərgi sentyabrın 27-dək davam edəcək.

Qeyd edək ki, böyük britaniyalı Zaha Hadid müasir dünya memarlığının ən məşhur simalarından biridir. O, Pritzker mükafatını almış ilk qadın-memardır.

Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında
Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında
Heydər Əliyev Mərkəzinin maketi Rusiya Dövlət Ermitajında

Xatırladaq ki, Zaha Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülüb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...