Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək yüksələcək


Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən xəbərə görə, havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, rütubət gecə 70-80, gündüz 30-40 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 28-29 dərəcə olması gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
920 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...