8000 hərbçi “separatçıların tərəfinə” keçib - Ukrayna

 8000 hərbçi “separatçıların tərəfinə” keçib -


Ukraynanın baş hərbi prokuroru Anatoli Matios bildirib ki, hüquq mühafizə orqanlarının 5000 əməkdaşı və təxminən 3000 hərbçi tanınmamış Donetsk və Luhansk Xalq Respublikasının tərəfinə keçib.

Cənab Matios bildirib ki, onlardan bəziləri hazırda Rusiya tərəfindən ilhaq edilmiş Krımdadırlar. “Bizdə separatçıların tərəfinə keçmiş şəxslərin tam siyahısı var. 5000 hüquq mühafizə orqanı əməkdaşı və təxminən 3000 hərbçi ilə bağlı dəlillər toplanır. Onlar məsuliyyətə cəlb ediləcəklər,” Ukraynanın baş hərbi prokuroru bildirib. Bundan əvvəl Ukraynanın hərbi prokurorluğu bildirmişdi ki, hərbi prokurorluqda "antiterror əməliyyatı qüvvələri" yaradılıb və Luhansk, Donets, Xarkov və Zaporoje vilayətlərində cinayət işlərini araşdıracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...