Əli Kərimlinin qohumunun İŞİD sevgisi

Əli Kərimlinin qohumunun İŞİD sevgisi


Bir müddət öncə Milli Şuranın mitinqlərinin birində İŞİD bayrağının ortaya çıxması heç də təsadüfi deyilmiş. Əli Kərimlinin əmisi oğlu, hazırda Fransada yaşasa da, AXCP rəhbərliyində təmsil olunan İnqilab Kərimovun “facebook” səhifəsində İŞİD-ə dəstək statusu yazması bunların əsl iç üzünü ifşa etdi.

Öz vəhşilikləri ilə dünyanı dəhşətə salan bir terrorçu təşkilata “Azərbaycana xoş gəlirsən” kimi dəstək statusunu hətta bir sıra AXCP üzvləri də bəyənib və dəstəkləyiblər. Hər bir xırda məqamdan belə hökümət əleyhinə istifadə edən Əli Kərimli isə hələ də bu biabrçılığa susur. Belə görünür ki, Əli Kərimli də İŞİD sevdasından keçə bilmir, əks halda Əli Kərimli o statusu çoxdan yığışdırmışdı. Axı Əli Kərimlinin adamları ondan icazəsiz, ondan xəbərsiz heç nə yazmırlar və hətta yazsalar belə, onun göstərişi ilə dərhal yığışdırırlar.

Açığını desəm, bu hala heç də təəccüblənmədim. Çünki Əli Kərimli özü də zaman-zaman yazdığı statuslarda terrorçu qruplara sevdasını gizlətməyib. Əli Kərimli “facebook” statuslarının birində hökumətin radikal silahlı qruplarının təzyiqi ilə devriləcəyi barədə sərsəm fikirlər səsləndirmişdi.

Bəli, bax budur Əli Kərimli və ətrafındakılarının iç üzü. Öz çirkin maraqları naminə xaqı qırğına verməkdən, ölkəni terror dəhşətinə sürükləməkdən belə çəkinmirlər. Belə aydın olur ki, əgər Əli Kərimli hakimiyyətə gəlsəydi, onun ətrafındakılar İŞİD terrorçuları kimi insanların başını kəsər, xalqa zülm edərdilər. Əli Kərimlinin azad cəmiyyət anlayışı bu imiş.

Ancaq şükürlər olsun ki, xalq kimin kim olduğunu bilir. Əli Kərimli kimi xəyanətkarların xalqı yalnız zülmə düçar edəcəyini xalq artıq çoxdan başa düşüb. Məhz bu səbəbdəndir ki, Əli Kərimli xalq, cəmiyyət arasında heç bir dəstək qazana bilmir və heç vaxt da qazana bilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...