Cavid Hüseynov Kürdəxanıya köçürüldü

Cavid Hüseynov Kürdəxanıya köçürüldü


Cavid Hüseynov Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə "Azadlıq" radiosuna onun vəkili Adəm Məmmədov məlumat verib. Vəkil onu da xatırladıb ki, futbolçunun həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqustun 18-də Səbayel Rayon Məhkəməsinə müraciət edəcək.

Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Bundan öncə Səbayel Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılırdı.

Avqustun 8-də ann.tv saytının əməkdaşı Rasim Əliyev futbolçunun qohum və yaxınları tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da orada vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...