Bu gün Türkiyədə 4 PKK terrorçusu məhv edilib

Bu gün Türkiyədə  4 PKK terrorçusu məhv edilib


Türkiyənin Muş vilayətinin Varto rayonu ərazisində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 4 PKK terrorçusu məhv edilib.

APA-nın “Milliyet”in saytına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı əməliyyat haqqında açıqlama yayıb. Açıqlamada bildirilir ki, avqustun 16-da saat 20.30-da jandarma ilə terrorçularla arasında baş vermiş atışmada 4 terrorçu öldürülüb. Bir terrorçu isə sağ ələ keçirilib, onun avtomobilində 9 ədəd “Kalaşnikov” avtomatı və 5 ədəd qumbaraatan aşkarlanaraq götürülüb. Qeyd edək ki, terror təhlükəsi ilə əlaqədar Vartoda elan olunmuş komendant saatı bu gün səhər ləğv edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1027 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...