Asim Mollazada eks icra başçısını təriflədi

Asim Mollazada eks icra başçısını təriflədi


Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tutduğu vəzifədən azad edilib.

İcra başçısı postundan azad edilən N.Məhəməliyevlə bağlı yeni təyinat hələ ki yoxdur. Bəzi məlumatlara görə, o, qarşıdakı parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcək. Nəsib Məhəməliyevin dəfələrlə qanun pozuntularına yol verdiyi, öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi haqqında mətbuat səhifələrində çoxlu sayda məqalə dərc olunub. Nəsimi ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Asim Mollazadə isə tam fərqli fikirdədir. Milli Məclis üzvü Modern.az saytına açıqlamasında deyib ki, Nəsib Məhəməliyev öz işinin öhdəsindən layiqincə gəlirdi.

“Biz həmişə seçicilərin problemləri, şikayətləri ilə bağlı Nəsib Məhəməliyevə müraciətlər etmişik. Etdiyimiz yazılı müraciətlərin həmişə müsbət nəticələri də olub. Qaldırdığımız məsələlər həmişə öz həllini tapırdı. Sadəcə olaraq Nəsib müəllim öz faəliyyət sahəsini dəyişdiyi üçün vəzifəsindən çıxarıldı”,-deyə Asim Mollazadə bildirib. Deputat söyləyib ki, keçmiş icra başçısı çox ziyalı bir insandır və camaata köməyini əsirgəməyib. “Amma mətbuatın ən çox tənqid etdiyi icra başçılarından biri də elə Nəsib Məhəməliyev olub” replikasına isə Asim Mollazadə belə cavab verib:

“Ola bilər ki, kiminsə kimdən xoşu gəlmir. Mən isə deyirəm ki, o tənqid olunası adam deyil. O, vətəndaşların probleminə həmişə diqqətlə yanaşıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...