Kaspşik cəbhədəki gərginliyi müzakirə etmək üçün Bakıya gəlir

Kaspşik cəbhədəki gərginliyi müzakirə etmək üçün Bakıya gəlir


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son vaxtlar intensiv pozulması və itkilərin artması hallarından narahatdır.

Bu barədə APA-ya ATƏT-in baş ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bu həftə Azərbaycana səfər edəcək: “Səfir Anjey Kaspşik ATƏT-in Minsk Konfransına uyğun olaraq davamlı şəkildə mandatının funksiyalarını yerinə yetirmək üçün regiona səfər edir. O, Azərbaycana bu həftə reallaşdıracağı səfər zamanı Bakıda görülər keçirəcək. Kaspşik həmçinin mütəmadi olaraq vəziyyəti monitorinq etmək üçün ön cəbhəni ziyarət edir. O, atəşkəs rejiminin pozulması və itkilərin artması hallarından narahatdır”.

Xatırladaq ki, sentyabrın 4-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinqdə iştirak edib. O 5 sentyabrda Ermənistanda olub və Ermənistan prezidenti Serj Sarkisyan ilə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...