Azərbaycanlı “vor zakon”un dostları İraq türməsində zülm çəkir

Azərbaycanlı “vor zakon”un dostları İraq türməsində zülm çəkir


Azərbaycanlı “qanuni oğru”, 1983-cü il təvəllüdlü Taleh Dağlıyevin (“Tolik Noqinski”) hazırda İraqda həbsdə olan dostları Rusiyanın Bağdaddakı səfirliyinə müraciət ediblər. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “vor zakon”lar Oleq Piroqov (cinayətkar aləmdə “Sirkaç” kimi tanınır) və Viktor Jarinov (“Sezar”) “İslam Dövləti” terror təşkilatı ilə əlaqələrdə ittiham olunurlar.

Kriminal avtoritetlərin vəkilləri rəsmilərdən onlara yardım göstərməyi və “vor zakon”ların düşdüyü vəziyyətə müdaxilə etməyi xahiş ediblər. Vəkillər bildirir ki, “vor zakon”lar törətmədikləri əməllərə görə ittiham olunurlar. Piroqovla Jarinov İraqın Ərbil şəhərindəki həbsxanasında çox ağır vəziyyətdə, az qala işgəncə şəraitində saxlanılırlar. Əvvəllər idmançı görkəmində, sağlam və cüssəli olan “qanuni oğru”lar haradasa 50 kiloqrama yaxın çəki itiriblər və zəif, əldən düşmüş adamları xatırladırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...