Rusiya Xəzər dənizindəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib

Rusiya Xəzər dənizindəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib


Bu gün Rusiya və Belarusun birgə operativ hərbi təlimləri başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “İttifaq qalxanı-2015” təlimləri çərçivəsində Rusiyanın Baltik donanmasının hərbi birləşmə və bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb. Sahil qoşunları döyüş texnikası və silahları ilə birlikdə hərbi kolonların formalaşdığı ərazilərə doğru hərəkət edir, oradan isə taktiki fəaliyyətləri yerinə yetirmək üçün Kalininqrad vilayətindəki poliqona marş həyata keçirəcəklər.

Bu günlərdə Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin qüvvələrinin də qəfil yoxlanışı aparılır. İvanovsk, Ulyanovsk və Volqoqrad vilayətlərində hava-destant qoşunları həyəcan siqnalı ilə ayağa qaldırılıb. Xəzər filotiliyasının sahil qoşunları və hərbi gəmi birləşmələri də ən yüksək səviyyədə döyüş hazırlığı vəziyyətinə gətirilib. Həştərxan və Mahaçqala daimi baza məntəqələrindən Xəzər dənizinə 40-a yaxın hərbi və yardım gəmisi buraxılıb. Qəfil yoxlanış zamanı Hava Kosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının "An-2" təyyarə eskadrilyası da hərəkətə gətirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...