"Azərbaycan ABŞ-a dəstək verir" - Sekuta

"Azərbaycan ABŞ-a dəstək verir" -


2001-ci ilin 11 sentyabr hücumundan sonra Azərbaycan Birləşmiş Ştatlara dəstək verən ilk dövlətlər sırasında olub. Amerikalılar bu dəstəyi indi də dəyərləndirirlər. AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 11 sentyabr hadisələrinin 15-cü ildönümü ilə bağlı bəyanatında deyib.

Sekutanın sözlərinə görə, o vaxtdan bəri Azərbaycanın ABŞ-a göstərdiyi dəstək artıb. “Azərbaycan Əfqanıstanda ekstremizmə qarşı aparılan mübarizədə ABŞ-ın və NATO-nun tərəfdaşı olub. Azərbaycanın sülhməramlı qoşunları ABŞ-ın və NATO-nun hərbçiləri ilə çiyin-çiyinə duraraq əfqan xalqına sülh və demokratiyanı inkişaf etdirmək imkanı veriblər. Azərbaycan həmçinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatların maddi-texniki təchizatı üçün nəqliyyatın fəaliyyətini təmin edib.

Azərbaycan ekstremist təşkilatların maliyyələşdirilməsinin qarşısının alınmasında ABŞ-la sıx əməkdaşlıq edib. Birləşmiş Ştatlar isə Azərbaycan hökumətinə sərhədlərinin daha yaxşı qorunması və ekstremist yönümlü şəxslərin tranzitinin azalması üçün yardımçı olub”, - deyə, Sekuta bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...