Apteklərə Maliyyə Nazirliyi nəzarət edəcək

Apteklərə Maliyyə Nazirliyi nəzarət edəcək


Maliyyə Nazirliyi dərman bazarına nəzarət edəcək. Dövlət başçısının «Dərman preparatları haqqında» qanuna düzəlişlər barədə fərmanına əsasən, dərman preparatlarının keyfiyyəti, səmərəliliyi, təhlükəsilziyi daxil bütün prosesə (xammalla təchizat, istehsal, saxlanma, daşınma, satış) Səhiyyə Nazirliyi yox, Maliyyə Nazirliyi nəzarət edəcək.

Ekspertlərə görə, bu funksiyaların qeyri-profil nazirliyə verilməsi onu göstərir ki, daha bir nazir gözdən düşüb. Bu isə xaosla nəticələnə bilər. İstehlakçılar artıq bəzi dərmanların tapılmadığını bildirir.

Xatırladaq ki, sentyabrın 15-dən 1057 adda dərman vasitələrinin qiyməti tənzimlənir (cəmi 4500 dərman vasitəsinə şamil ediləcək). Tarif Şurasının saytında dərmanların siyahısı və qiymətlər dərc edilib. Sentyabrın sonuna kimi daha 1 min dərman və 55 aktiv maddənin qiyməti müəyyən ediləcək. Dekabrın sonu üçün bütün dərmanların satışına dövlət nəzarət edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1061 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...