“Qonşumuz İlham Əliyev sağ olsun...” - Dağıstan rəhbəri Ramazan Abdulatipov

 “Qonşumuz İlham Əliyev sağ olsun...”


Dağıstan rəhbəri Ramazan Addulatipov Dərbəndin 2000 illik yubileyi mərasimlərində çıxış edib.

Abdulatipov çıxışında deyib ki, bu yubileyə görə ilk növbədə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edir. “Hansı ki, Dərbəndə gəlişindən sonra öz fərmanı ilə şəhərin 2000 illiyinin keçirilməsinə dair fərman verdi. Qeyd etməliyəm ki, Dərbənd öz uzun tarixi boyu ilk dəfədir yubileyini keçirir. Rusiya prezidenti öz fərmanı ilə bizi işləməyə və Dərbəndi abadlaşdırmağa məcbur etdi”-Abdulatipov bildirib.

Dağıstan rəhbəri deyib ki, indi hamı Dərbəndin yaşı barədə mübahisə etməyi xoşlayır. Çünki Dərbəndin tarixi o qədər qədimdir ki, onun yaşı barədə mübahisə etmək asandır. “Bu məsələyə Putin aydınlıq gətirdi, qeyd etdi ki, Dərbənd yaşayış məskəninin 5 min il, Dərbənd şəhərinin isə 2 min il yaşı var”-Abdulatipov deyib.

Dağıstan rəhbəri çıxışında Dərbədin yubileyi üçün hazırlıq işlərində əməyi olanlara adbaad təşəkkür edib. Habelə Dərbənddə abadlıq işləri üçün xeyli vəsait ayıran Azərbaycan prezidentinə ayrıca təşəkkür bildirib. “Qonşularımız sağ olsun: Ramzan Kadırov və Azərbaycan prezidenti İlham Əliyevə Dərbənddə gördükləri böyük işlər üçün sağ ol deyirəm”-Dağıstan rəhbəri bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...